40 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna Təhlükəsizlik Şurası: “Cəbhədə vəziyyət həddən artıq gərgindir”

03 Avqust 2023

“Cəbhədə vəziyyət həddən artıq gərgindir”.

TELEJURNAL  xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

O bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret qrafik yoxdur: “Kiyevdən başqa kimsə əks-hücum əməliyyatlarımızı müəyyənləşdirə bilməz. Hansısa müddətlərdən danışanlar hərbi əməliyyatların nə olduğunu başa düşmürlər. Əməliyyat şəraiti çətin və mürəkkəbdir. Buna təsir edən bir sıra amillər var”.

O.Danilovun sözlərinə görə, Ukrayna öz silahları ilə Rusiya ərazisinə zərbələr endirmək hüququna malikdir: “Qarşı tərəf demək olar hər gün bizim uşaqlarımızı öldürür. Biz buna necə dözə bilərik?”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna ordusu bu ilin iyunundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…