21 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna SQ: “Məqsədimiz rusların logistik marşrutlarını məhv etməkdir”

22 İyun 2023

“Məqsədimiz rusların logistik marşrutlarını məhv etməkdir”.

Telejurnal “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, müdafiə qüvvələri hazırda fəaliyyətlərini plan üzrə davam etdirirlər: “Biz düşməni zəiflətmək, onları ehtiyatlarını artırmaq imkanlarından məhrum etmək istəyirik”.

N.Qumenyuk Ukrayna ordusunun düşmənin planlarını puç etdiyini söyləyib.

Bununla da Rusiyanın maddi-texniki təminatının zəifləyəcəyini xatırladan N.Qumenyuk hesab edir ki, bu, düşmənə həm psixoloji, həm də maddi təsir edəcək.

Qeyd edək ki, Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib. Məlumata görə, körpü hərəkətə bağlanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…