39 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna səfiri: Biz diplomatik münasibətlərin yeni səhifəsini açırıq

04 Fevral 2022

Tarixdə elə hadisələr var ki, çox şərəfli və unudulmazdır. Ölkələrimiz arasında diplomatik münasibətlərin təməli Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyskinin dövründə qoyulub. Biz diplomatik münasibətlərin yeni səhifəsini açırıq.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski fevralın 4-də Azərbaycan-Ukrayna münasibətlərinə həsr olunmuş tədbirdə bildirib.
Səfir vurğulayıb: “Biz bu münasibətlərin strateji tərəfdaşlığa çevrilməsindən çox məmnunuq. Volodimir Zelenskinin Ukrayna Prezidenti kimi ilk dəfə Azərbaycana səfər etməsi dostluğumuzun sübutudur”.
Müxtəlif sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün xeyli işin görüldüyünü qeyd edən diplomat son 8 ildə mühüm nailiyyətlər əldə olunduğunu bildirib.
Səfir, həmçinin deyib: “Qarşımıza böyük məqsədlər qoymuşuq. İnanırıq ki, Ukrayna ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək və yeni çalarlar qazanacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…