251 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna ordusu Vısokopolye qəsəbəsini azad edib

06 Sentyabr 2022

Ukrayna ordusu Xerson vilayətinin Vısokopolye qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Bu barədə “TELEJURNAL.AZ” yerli “Most” nəşrinə istinadən xəbər verir.

Qeyd edək ki, bugünlərdə Ukrayna hərbçiləri qəsəbənin azad edildiyini bildiriblər, lakin xəbər rəsmən təsdiqlənməyib. Nəşr qəsəbədə Ukrayna bayrağının dalğalandırılmasını, hərbçilərin olduğunu əks etdirən foto və digər şəkilləri dərc edib.

Vısokopolyenin azad edilməsindən sonra küçələrdə insanların daha çox olduğu qeyd edilir. Hərbçilər qəsəbəni minalardan təmizləyir və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Rusiya hərbçilərinin törətdikləri əməlləri sənədləşdirməyə başlayıblar.

Qeyd edilir ki, işğal səbəbindən bir çox sakin Vısokopolyeni tərk edib, lakin qalanlar da var.

Qəsəbədə çoxlu sayda bina dağılıb və ya zərər çəkib, qəzalı maşınlar və kiçik kənd təsərrüfatı texnikaları yol kənarlarında və yollarda qalıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…