13 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna-NATO Şurasının ilk iclasının tarixi açıqlanıb

04 İyul 2023

İyulun 11-12-də Vilnüsdə təşkil olunacaq NATO sammitində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək.

Telejurnal  “RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

“Vilnüs sammiti NATO-Ukrayna Şurasının dövlət və hökumət başçıları səviyyəsində ilk iclası olacaq. Beləliklə, Kiyevə Alyansın bu orqanının masasında bərabər yer veriləcək”, – Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Ukrayna-NATO Şurası ölkənin Alyans daxilindəki proseslərə və strukturlara uyğunlaşması istiqamətində böyük addımdır.

Pistorius onu da əlavə edib ki, Şimali Atlantika Alyansı heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsində münaqişə tərəfinə çevrilməyəcək. Ona görə də Ukraynanın üzvlüyü ilə bağlı suala yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra cavab vermək mümkün olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…