25 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna müharibəsində döyüşən qadınların sayı açıqlanıb

02 Avqust 2023

Rusiya işğalına qarşı müharibədə döyüşmək üçün Ukrayna ordusu sıralarına qatılan qadınların sayı günbəgün artır.

TELEJURNAL   “BBC News”a istinadən xəbər verir ki, hazırda Ukrayna ordusunda xidmət edən 60 min qadın hərbçidən 5 mini cəbhədə döyüşür.

Müharibəyə könüllü qatılan qadınlardan biri də yaxın zamanda yenidən cəbhə xəttinə qayıtmağa hazırlaşan Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı serjantı Andriana Arekhtadır.

Hazırda Ukraynadakı reabilitasiya mərkəzində olan döyüşçü dekabr ayında Xerson vilayətində minaya düşüb.

Dediyinə görə, bu gün rus dilində çoxsaylı mətn və videoreportajlarda onun “ölümü” detallarla qeyd edilir.

A.Arekhtanın sözlərinə görə, onun əlsiz və ayaqsız olduğu, ruslar tərəfindən öldürüldüyü yönündə xəbərlər yayılıb:

“Onlar mənim əlsiz və ayaqsız olduğumu və onlar tərəfindən öldürüldüyümü elan etdilər. Təbliğat sahəsində çox peşəkardırlar”.

Rusiyanın hazırladığı hesabatlarda “cəllad” və “məhv edilmiş nasist” kimi təsvir edilən hərbçi xanım bu kimi iddiaların onda gülüş doğurduğu və ölkəsini sonadək qoruyacağını vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…