223 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna müharibədəki itkilərini açıqlayıb

23 Avqust 2022

Ukraynanın Rusiya ilə 6 aydır davam edən müharibədə itkilərinin sayı açıqlanıb.

“TELEJURNAL.AZ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, müharibədə 9 minə yaxın hərbçi həlak olub.

V.Zalujnı bildirib ki, müharibədə nəinki hərbi qulluqçular, hətta azyaşlı uşaqlar da iştirak edirlər: “Bizim balaca övladlarımızın heç bir günahı yoxdur, onların yeganə “günahı” yalnız burada doğulmalarıdır. Onlar həqiqətən nə baş verdiyini anlamırlar. Lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var. Çünki onların ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər”.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusunun 45 500 hərbçisi məhv edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…