27 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna müharibə başlayandan 45 sovet təyyarəsi tədarük edib

22 İyun 2023

Ukrayna Hərbi Hava Qüvvələri 2022-ci il fevralın 24-dən etibarən tərəfdaş ölkələrdən sovet istehsalı olan 45 təyyarə alıb.

Telejurnal xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Onların əksəriyyəti “MiQ-29” qırıcılarıdır. Qərb ölkələri az sayda “Su-25” hücum təyyarəsi tədarük edib.

Polşa, Şimali Makedoniya və Slovakiya əsas təyyarə tədarükçüləri sayılır.

İyunun 15-də məlum olub ki, Ukrayna Polşa və Slovakiyadan tədarük etdiyi MiQ-29 qırıcı təyyarələrindən istifadə etməyə başlayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov ABŞ-ın F-16 qırıcı təyyarələrinin yaxın vaxtlarda Ukraynaya təhvil veriləcəyinə ümidvar olduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…