27 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna MN: “Rusiya hərbi rəhbərliyimizə qarşı sui-qəsd etmək istəyir”

19 May 2023

“Rusiya hərbi rəhbərliyimizə qarşı sui-qəsd etmək istəyir”.

 

“Telejurnal” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

 

Onun sözlərinə görə, bu, qarşı tərəfin ən böyük hədəfidir: “Çünki rəhbər şəxslərin, o cümlədən Baş Qərargah rəisi Valeri Zalujninin öldürülməsi bizim üçün böyük itki olacaq, bu da müharibənin gedişatına təsir edə bilər. Odur ki, rəhbər şəxslərin həyatı üçün daim təhlükə var”.

 

A.Malyar bildirib ki, Rusiyanın Ukrayna Müdafiə Nazirliyinin rəhbər şəxslərinin öldürülməsinə dair yaydığı iddialar təsadüfi deyil: “Əlbəttə, bunlar dezinformasiyadır. Bunu dəqiqləşdirmək asandır. Onlara zəng edərək hər şeyin yaxşı olduğundan əmin ola bilərik. Amma bu, təkcə informasiya müharibəsi deyil. Görünür, ruslar artıq bu cəhdləri planlaşdırır və nəticəni əvvəlcədən elan edirlər.

 

Nazir müavini vurğulayıb ki, rəhbər şəxslərin təhlükəsizliyinin təmin olunması daim diqqətdədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…