49 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna minatəmizləmə üçün təxminən 250 milyon dollar alacaq

26 İyul 2023

“Ukraynanın müttəfiqləri humanitar minatəmizləmə üçün yeni maliyyə yardımı ayırmağa razılaşıblar. Ümumilikdə ölkəmizə demək olar ki, 250 milyon dollar gələcək”.

Bu barədə TELEJURNAL  Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkoya istinadən xəbər verir.

“Donorlarımız, o cümlədən ABŞ, Avropa İttifaqı, Yaponiya, Almaniya, Böyük Britaniya, Norveç, İsveç, İtaliya, Litva, Niderland, Danimarka, Kanada, Avstriya, İsveçrə, Koreya və Hovard Baffett Fondu humanitar minatəmizləmə üçün Ukraynaya 244 milyon dollardan çox vəsait ayıracaq” – deyə, o bildirib.

O qeyd edib ki, ilin sonuna kimi Ukrayna Xorvatiyanın “DOK-ING” şirkətindən 10 mina təmizləmə maşını, 600-dən çox metal detektoru, 50 söküntü avtomobili, fərdi minatəmizləmə dəstləri, kvadrokopterlər və sursatların utilizasiyası üçün robot sistemləri alacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…