74 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna mətbuatı Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə geniş yer ayırıb

13 Yanvar 2022

Ukraynanın nüfuzlu informasiya agentlikləri və portalları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş işıqlandırıb.

“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, “RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentlikləri, “korrespondent.net” “Asmedia” və digər xəbər portalları Prezident İlham Əliyevin müsahibə zamanı söylədiyi fikirlərə geniş yer ayırıb. Xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi son təxribatla bağlı fikirlər dərc edilib. Prezident İlham Əliyevin fikirlərinə istinadla vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüb.

Ukrayna mətbuatı, həmçinin Prezident İlham Əliyevin Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığa dair fikirlərinə də yer verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…