20 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna hərbçiləri İran istehsalı olan PUA-nı vurub

13 Sentyabr 2022

Rusiya işğalçıları İran istehsalı olan pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə zərbələr endirir. Onlardan biri Ukrayna Silahlı Qüvvələri tərəfindən Xarkov vilayətinin bu yaxınlarda azad edilmiş Kupyansk şəhəri ətrafında vurulub.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi teleqramda məlumat yayıb.

“Yüksək ehtimalla iddia etmək olar ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq İranın Kupyansk yaxınlığında zərbə endirən pilotsuz uçuş aparatını məhv edib. Bu, uzaqmənzilli “Shahed-136” kamikadze PUA-sıdır”, – məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya Ukraynadakı müharibədə istifadə etməsi üçün PUA tədarükündə iştirakına görə İranın “Safiran Airport Services” şirkətinə sanksiya tətbiq edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın İrandan minə yaxın zərbə-kəşfiyyat PUA-sı sifariş etdiyi barədə xəbər yayılmışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…