20 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna Britaniyadan “Storm Shadow” raketləri aldığını təsdiqləyib

24 May 2023

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov Böyük Britaniyadan “Storm Shadow” raketlərini təhvil aldıqlarını ilk dəfə təsdiqləyib.

 

“Telejurnal” xəbər verir ki, bunu nazir mayın 24-də Böyük Britaniyanın müdafiə naziri Ben Uelslə birlikdə keçirdiyi brifinqdə deyib.

 

O.Reznikov söyləyib ki, bu raketlərdən uğurla istifadə olunur.

 

Xatırladaq ki, B.Uels Ukraynada səfərdədir.

 

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Ukraynaya bir neçə “Storm Shadow” qanadlı raket göndərdiyinə dair məlumat yayılmışdı. “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlərini Böyük Britaniya və Fransa birgə hazırlayıb, uzunmənzilli qanadlı raketdir. O, 250 km və ya 155 mil uzaqlıqda yerləşən hədəfləri vura bilir.

 

ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, raket “əsl oyun dəyişdiricidir” və Kiyevə müharibə başlayandan bəri istədiyi döyüş qabiliyyətini verə bilər.

 

Məlumata görə, hazırda ABŞ-ın Ukraynaya göndərdiyi silahların maksimal məsafəsi təxminən 49 mil və ya təxminən 80 km-dir.

 

Kreml Britaniyanın bu addımına adekvat cavab veriləcəyini bildirmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…