25 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna Britaniya raketləri ilə Krıma zərbə endirib

22 İyun 2023

Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib.

Telejurnal  xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqramda yazıb.

Onun sözlərinə görə, itki yoxdur.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ilə Krım arasındakı inzibati sərhəddəki körpülərə zərbələr endirmək üçün Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edib. Həmin raketləri Kiyevə London verib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bir neçə gün əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və “Storm Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır. O deyib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək.

Xatırladaq ki, Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…