100 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna Ali Radasının komitə sədri: Prezident İlham Əliyevin Kiyevə səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var

14 Yanvar 2022

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var. Bu səfər dövlətlərimiz arasında strateji əlaqələri yeni səviyyəyə qaldıracaq.
“TELEJURNAL” xəbər verir ki, bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
Oleksandr Merejko bildirib ki, Prezident İlham Əliyevin Ukraynanın çətin dönəmində səfəri yüksək təqdirəlayiqdir.
“Azərbaycan Prezidentinin səfəri Ukraynaya güclü dəstəyin təzahürüdür. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə inkişafı üçün düzgün strateji kurs seçib. Onun xarici siyasəti sayəsində Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlayıb, ərazi bütövlüyünü bərpa edib. Fikrimcə, Azərbaycanın xarici siyasəti region dövlətləri üçün nümunə ola bilər və bütövlükdə regionun təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verə bilər”, – deyə AŞPA-nın vitse-prezidenti vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…