24 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna Ali Radasının deputatı: Xalqlarımız və dövlətlərimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlir

04 Fevral 2022

Azərbaycan ilə Ukrayna arasında mövcud olan ən yüksəksəviyyəli münasibətlər və təmaslar son illər yalnız artıb. Xalqlarımız və dövlətlərimiz arasında münasibətlər uzun illər ərzində çox isti və mehriban olsa da, indi yeni səviyyəyə yüksəlir.”TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi barədə sualını cavablandırarkən söyləyib.
“Dekabrda ölkələrimizin prezidentlərinin Brüsseldə görüşü, eləcə də telefon danışığı olub. Azərbaycan Prezidenti İlham Əliyevin yanvar ayında Ukraynaya səfəri də bu tendensiyanın məntiqi davamı oldu. Ölkələrimiz arasında dostluq əlaqələri həmişə strateji tərəfdaşlığın və qarşılıqlı hörmətin təminatı olub”, – deyə deputat əlavə edib.
Onun sözlərinə görə, qlobal koronavirus böhranına baxmayaraq, son 7 ildə ilk dəfə olaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin rekord həddə – təxminən 1 milyard dollara çatması əməkdaşlığın inkişafına sübutdur.
Deputat bildirib ki, ölkələrimiz beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü davamlı şəkildə dəstəkləyir, Qara dəniz-Xəzər dənizi regionunda sülhün və sabitliyin təmin edilməsinə çalışır. Dövlət başçılarının imzaladıqları birgə Bəyannamə, hökumətlərimiz arasında siyasi, iqtisadi, enerji, hərbi-texniki, infrastruktur, nəqliyyat, aviasiya, aqrar-sənaye, mədəniyyət sahələrində imzalanmış bir sıra sazişlər əminəm ki, qarşılıqlı fayda verəcək.
“Şübhə etmirəm ki, ölkələrimiz arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edəcək, möhkəmlənəcək və biz gələcəkdə birgə irimiqyaslı layihələrin sayının artacağını görəcəyik”, – deyə Ali Radanın deputatı vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər müstəqilliklərinin bərpasından qısa müddət sonra – 1992-ci il fevralın 6-da qurulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…