40 baxış
Bu yazını paylaşın
Dünya

Ukrayna ABŞ-dan aylıq 2 milyard dollar iqtisadi yardım istəyib

26 Aprel 2022

Kiyev ABŞ administrasiyasından ayda ən azı 2 milyard dollar həcmində fövqəladə iqtisadi yardım istəyib və əks-təqdirdə Ukraynada humanitar böhranın dərinləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenkoya istinadla məlumat yayıb.

“Lazımi maliyyə dəstəyini cəlb etmək və bu müharibədə qalib gəlmək üçün bu boşluğu indidən doldurmalıyıq”, – deyə nazir qəzetə müsahibəsində bildirib. Onun sözlərinə görə, səhiyyə və təhsil işçilərinin maaşlarını, pensiyaları davamlı ödəmək, həmçinin digər humanitar ehtiyacları qarşılamaq üçün iqtisadi dəstək vacibdir.

Sergey Marçenko Vaşinqtona səfəri zamanı amerikalı rəsmilərlə görüşündə Kiyevin aprel, may və iyun aylarında təcili xərclərini ödəmək üçün ayda ən azı 5 milyard dollarlıq beynəlxalq yardıma ehtiyacı olduğunu bildirib ki, bunun da 2 milyard dolları ABŞ-dan gəlməlidir. Bundan başqa, gələcəkdə ölkənin yenidən qurulması üçün daha uzunmüddətli ehtiyaclarla bağlı əlavə müraciətin ediləcəyi də gözlənilir.

Qeyd edək ki, bir müddət öncə Dünya Bankının təşkil etdiyi dəyirmi masada çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkəsinin yüz milyardlarla dollarlıq maliyyə dəstəyinə ehtiyacı olacağını bəyan etmiş, Baş nazir Denis Şmıqal isə potensial dəstəyin məbləğini 600 milyard dollar həcmində qiymətləndirmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…