322 baxış
Bu yazını paylaşın
İctimai

UEFA reytinqi: “Neftçi” Azərbaycanın xal ehtiyatını artırıb

05 Avqust 2022

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bu, “Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Rapid” (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda “Ferentsvaroş”un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. İrlandiya 9,125 xalla 38-ci, Lixtenşteyn 6,500 xalla 48-ci pilləyə yüksəlib. Bundan başqa, Litva (8,750) 39-cu, Lüksemburq (8750) 40-cı, Albaniya (6,250) 49-cu, Uels isə (6,166) 50-ci sıraya geriləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…