27 baxış
Bu yazını paylaşın
Dünya

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırıb, Ermənistan yenə geriləyib.

29 İyul 2022

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, bu  UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstan “Fehervar”ına (2:1) və Kipr “Aris”inə (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.

3 komanda birlikdə ölkənin aktivinə daha 0,625 xal gətirib. Bunun hərəyə 0,250 xalı “ağ-qaralar”la “qırmızı-qaralar”ın, 0,125 xalı isə “qartallar”ın payına düşüb.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 15,125 xalla Polşa qərarlaşıb.

İsrail “Makkabi”nin “Zirə” ilə heç-heçəsinə və “Hapoel” (Beer-Şeva) klubunun Belarusda Minsk “Dinamo”su üzərində qələbəsinə görə xallarını 20,125-ə çatdıraraq, 21-ci sıraya irəliləyib.

Eyni zamanda, Norveç (25,125) 13-cü, Danimarka (22,825) 13-cü, Litva (8,750) 38-ci, İrlandiya (8,625) 40-cı, Malta (7,625) 45-ci, Lixtenşteyn (6,000) 50-ci pilləyə yüksəlib.

Ukrayna (25,100) 14-cü, Xorvatiya (22,650) 19-cu, Kipr (20,075) 22-ci, Lüksemburq (8,750) 39-cu, Ermənistan (8,625) 41-ci, Şimali İrlandiya (8,333) 43-cü, Estoniya (7,582) 46-cı, Cəbəllütariq isə (5,791) 51-ci mövqeyə enib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…