268 baxış
Bu yazını paylaşın
İctimai

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırıb, Çexiya irəliləyib

18 Avqust 2022

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib. Ölkə 24.475 xalı olan Yunanıstanı qabaqlayıb.

Qeyd edək ki, “Viktoriya” və “Qarabağ” arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…