58 baxış
Bu yazını paylaşın
Siyasi

TÜRKPA-nın Baş katibi: “Türk dünyasının rifahı və gələcəyi üçün göstərdiyi səylər həqiqətən təqdirəlayiqdir”

22 Aprel 2022

“Türk dünyasının ortaq sevinci olan yaxın tarixdə qazanılan zəfərlər və nailiyyətlər göstərdi ki, beynəlxalq aləmdə qarşılaşdığımız çətinlikləri və təhlükələri ancaq bir araya gələrək birgə hərəkət etməklə aradan qaldıra bilərik”.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Məhmət Sürəyya Ər qurumun Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

Onun sözlərinə görə, TÜRKPA keçmişdə olduğu kimi, bu gün də dünyanın, xüsusilə də regionumuzun üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün üzərinə düşən məsuliyyəti yerinə yetirmək üçün böyük əzmlə işini davam etdirir: “TÜRKPA-nın türk dünyasının rifahı və gələcəyi üçün göstərdiyi səylər həqiqətən təqdirəlayiqdir və bu, həm də gələcəkdə qeyd olunacaq birgə uğurlarımızın təminatıdır. TÜRKPA əsas fəaliyyət sahəsi kimi, türk dövlətləri arasında qanunvericilik sahəsində əməkdaşlığı dəstəkləməklə türk dünyasında qanun və normaların uyğunlaşdırılmasında mühüm rol oynayır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…