62 baxış
Bu yazını paylaşın
Siyasi

TÜRKPA missiyası Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcək

25 Noyabr 2021

Noyabrın 28-də Qırğız Respublikasında parlament seçkiləri keçiriləcək. Azərbaycan, Qazaxıstan və Türkiyədən olan parlamentarilər və TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası seçkilərinin müşahidəsində iştirak edəcək.

‘TELEJURNAL’ TÜRKPA-nın Beynəlxalq Katibliyindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, missiyanın müşahidə proqramı çərçivəsində rəsmi şəxslərlə, həmçinin seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir. Seçki günü TÜRKPA müşahidəçiləri səsvermə prosesini izləmək məqsədilə seçki məntəqələrində olacaqlar.

Missiya müşahidə işinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.

https://azertag.az/xeber/TURKPA_missiyasi_Qirgiz_Respublikasinda_parlament_sechkilerini_musahide_edecek-1935120

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…