21 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib.

18 İyul 2022

Türkiyənin müxtəlif bölgələrində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, iyulun 17-i səhər saatlarından başlayaraq ölkənin Balıkesir vilayətinin Kepsut rayonunda yerləşən meşəlik ərazidə yanğın olub. Yanğının söndürülməsi üçün bölgəyə 10 xüsusi təyyarə, 18 helikopter və 90-a yaxın yanğınsöndürən texnika cəlb olunub. Alovların axşam saatlarına doğru nəzarət altına alınması ilə bağlı məlumat verilib.

Hadisə ilə bağlı Balıkesir valiliyindən verilən açıqlamada yanğının bölgədə yerləşən elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş vermə ehtimalı olduğu bildirilib.

Türkiyə üzrə daha bir yanğın hadisəsi İzmir vilayətində baş verib. Əraziyə İzmir Meşəçilik Bölgə Müdürlüyünə aid iki təyyarə, üç helikopter və 17 xüsusi yanğınsöndürən maşın göndərilib. Yanğın bölgədə yerləşən prefabrik evlər istehsal edən müəssisə və tikinti şirkətinə məxsus anbara yayılıb. Alovların qarşısını almaq mümkün olsa da, adıgedən obyektlərə ciddi ziyan dəyib. Bölgədə müşahidə edilən qatı duman səbəbindən İzmirin Adnan Menderes hava limanına gedən bəzi yollar müvəqqəti bağlanıb. Hazırda soyutma işləri davam edir.

Daha bir yanğın faktı Aydın vilayətində qeydə alınıb. Aydının Nazilli rayonunda yerləşən meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün bölgəyə iki təyyarə, yeddi helikopter və yanğınsöndürən texnika cəlb edilib. Üç saat davam edən səylərdən sonra alovların qarşısını almaq mümkün olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…