201 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyənin müdafiə naziri: “Rusiya Xarkova doğru irəliləyə bilər”

09 Avqust 2022

“Rusiya və Ukraynanın mövqeləri fərqlidir”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Rusiyanın Xarkova doğru hərəkətlənməsi ola bilər. Eyni zamanda nüvə riski də var. Biz Rusiya və Ukrayna ilə dialoqu davam etdiririk. İnşallah, taxıl daşınması maneəsiz davam edəcək. Bəzi mövzularda irəliləməni görürük. Əvvəl durum daha mürəkkəb idi. Rusiya nüvə silahından istifadə etməyəcəyini deyir. Amma həm də bildirir ki, öz təhlükəsizliyimiz üçün bu silahdan istifadə edə bilərik. Ona görə də diqqətli olmaq lazımdır. İyulun 13-də BMT-nin iştirakı ilə dördtərəfli görüşümüz oldu. Müharibə hələ bitməsə də, humanitar addımlar davam edir. Hələ ki minalarla bağlı problem yoxdur. Əks halda lazımi tədbirlər görüləcək. “Taxıl sazişi” yalnız Ukrayna limanlarına aiddir. Bizim gözləntimiz əldə edilən razılaşmaların daha ciddi nəticələrə, atəşkəsə səbəb olmasıdır”, – o bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…