30 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri başa çatıb

29 Dekabr 2022

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri başa çatıb.

Bu barədə TELEJURNAL-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binası, Elm-Tədris Mərkəzi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Daha sonra heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”-nda olub, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Qonaqlar Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Baş Prokurorluğunun əməkdaşları və veteranları ilə birlikdə Azərbaycan Dövlət Opera və Balet teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinə tamaşa ediblər.

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri dekabrın 29-da başa çatıb və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…