174 baxış
Bu yazını paylaşın
İctimai

Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədibi və jurnalisti xəstəxanaya yerləşdirilib

19 Avqust 2022

Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədəbiyyatçısı – nüfuzlu şair və yazıçı, tanınmış jurnalist Yavuz Bülənt Bakilər xəstəxanaya yerləşdirilib.

Bu barədə “TELEJURNAL.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, səhhətində problem yaranan 86 yaşlı ədib Okmeydanı Memorial Xəstəxanasında müalicə alır.

Bir zamanlar Nazirlər Kabinetində müşavir vəzifəsini icra etmiş Bakiler həm də jurnalist kimi tanınır.

Yavuz Bülənt Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olsa da, əslən azərbaycanlıdır. Onun babaları Qarabağdan Sivasa köçüblər.

Yavuz Bülənt Bakilər orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra qısa müddət “Yeni İstanbul” qəzetində çalışıb.

Yavuz Bülənt Bakilər TRT-nin Ankara radiosunda müxbir vəzifəsində çalışıb, müxtəlif mədəniyyət proqramları hazırlayıb təqdim edib. 1969-75-ci illərdə Sivasda vəkil işləyib. Sivasda sədri olduğu Ədalət Partiyasının yerli təşkilatı tərəfindən bələdiyyə sədrliyinə və deputatlığa namizədliyi irəli sürülüb.

1975-1976-cı illərdə Nazirlər Kabinetinin Torpaq və Kənd Təsərrüfatı İslahatı Müşavirliyində hüquq müşaviri, 1976-1979-cu illərdə Ankara Televiziyasında işləyib, 1979-1980-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində müşavir müavini vəzifəsinə təyin edilib.

O, dövlət çevrilişindən sonra məşvərətçi təyin olunub və 1992-ci ilə qədər həmin nazirlikdə xidmətini davam etdirib. İki il Baş nazirin müşaviri vəzifəsində çalışdıqdan sonra 1994-cü ildə təqaüdə çıxıb.

Yavuz Bülənt Bakilər dəfələrlə müsahibələrində Azərbaycan əsilli olduğunu, soykökünün Azərbaycana gedib çıxdığını vurğulayıb.

“Mənim soy-köküm, ailəm Azərbaycana gedib çıxır”, – Yavuz Bülənt Bakilər müsahibələrindən birində qeyd edib.

Qeyd edək ki, onun məşhur şeirlərindən biri “Azərbaycan ürəyimdə şah damardır” adlanır. Bakilərin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy barəsində də əsəri var.

Yavuz Bülənt Bakilər sonuncu dəfə 2013-cü ildə “Türkiyə” qəzetində işləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…