114 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyənin “A Haber” telekanalı Qarabağın işğaldan qurtuluşu mövzusunda xüsusi reportaj yayıb

07 Fevral 2022

Milli kimliyimizin təsdiqi, qürurumuzun yüksəlişi olan Qarabağ Zəfəri qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin ən aktual mövzusu olaraq qalmaqdadır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 6-da “A Haber” telekanalında yayımlanan “Qarabağ 32 ildən sonra əsarətdən xilas edildi” sərlövhəli xüsusi reportaj da bu mövzuya həsr olunub.
Döyüş səhnələri də daxil olmaqla real kadrlar əsasında hazırlanmış reportajda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şərəfli Qələbənin təfərrüatlarından bəhs olunub. Reportajda 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin çıxışlarından sitatlar verilib. “Qarabağ Azərbaycandır!” şüarı əsasında bir daha türkdilli ictimaiyyətin diqqətinə çatdırılıb ki, Azərbaycanı qətiyyətli qələbəyə aparan yol möhkəm siyasi iradə, qətiyyətli mübarizə yolu, xalqın birliyi və Türkiyənin siyasi-mənəvi dəstəyidir.
Böyük qələbədən sonra Bakıda keçirilən hərbi parad və bu yüksək tribunada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından məqamlar da reportajda əskini tapıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…