603 baxış
Bu yazını paylaşın
İctimai

Türkiyənin 41 şirkəti Bakıda sualtı qayıq, mini-PUA sistemləri sərgiləyəcək

06 Sentyabr 2022

Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan STM, habelə daha 40 şirkət Azərbaycanda keçiriləcək müdafiə sənayesi yarmarkalarında hərbi dəniz platformaları və taktiki mini-PUA sistemlərini nümayiş etdirəcək.

“TELEJURNAL.AZ”ın xəbərinə görə, bu gündən 8 sentyabradək Bakı Ekspo Mərkəzində Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun mühüm müdafiə sərgilərindən biri olan Azərbaycanın beynəlxalq müdafiə sənayesi sərgisi “ADEX 2022” keçiriləcək. STM bu il 4-cü dəfə keçiriləcək ADEX sərgisində ilk dəfə kiçik ölçülü milli sualtı qayıq STM500-ü nümayiş etdirəcək.

Türkiyənin son illər böyük irəliləyiş əldə etdiyi müdafiə sənayesində mühüm rol oynayan müdafiə texnologiyaları mühəndisliyi və ticarət şirkəti yenilikçi və milli sistemlərini xaricdə nümayiş etdirməyə davam edir. STM həmçinin Avropa və Asiyada iki mühüm sərgidə yerini tutaraq hərbi dəniz layihələrini və taktiki mini İHA sistemlərini nümayiş etdirəcək.

“ADEX 2022” sərgisində Türkiyədən ümumilikdə 41 müdafiə sənayesi şirkəti – ASELSAN, TUSAŞ, HAVELSAN, OTOKAR, MKE AŞ, ROKETSAN, “Sarsılmaz”, ASFAT, BMC, “Altay Software”, “Armelsan”, ASSAN, “Ata Arms”, “Ayesaş”, “Berkin Engineering”, “BLG Defence”, “Dearsan”, “Dorce”, HTR, İŞBİR, “Karel”, “Kzko”, “Lentatek”, “Maren Robotics”, “Masttech”, MILSOFT, “Nanografi”, “NUROL Technology”, “Profen”, “Sağlam Metal”, “SAHA İstanbul”, “Samsun Yurt Savunma”, SDT, SIMSOFT, STM, TAIS, TARGET ATIS SIS, TİSAŞ, “Titra”, TURMAKS və UNIMETAL iştirak edəcək.

Sərgidə həmçinin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri, rabitə infrastrukturları nümayiş olunacaq.

Qeyd edək ki, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler Azərbaycanda səfərdədir. İşgüzar səfər çərçivəsində ordu generalının “ADEX 2022” dördüncü Azərbaycan beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…