208 baxış
Bu yazını paylaşın
İctimai

Türkiyəli Olimpiya və dünya çempionu Sabirabada gələcək

11 Avqust 2022

Türkiyənin ağırlıqqaldırma üzrə üçqat Olimpiya, beşqat dünya və doqquzqat Avropa çempionu Halil Mutlu sentyabrda Azərbaycana gələcək.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bu barədə 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən seçilmiş millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov məlumat verib.

32 yaşlı deputat bildirib ki, Halil Mutlu Sabirabada gələcək: “Üçqat Olimpiya, beşqat dünya, doqquzqat Avropa çempionu Halil Mutlu ilə görüşdüm. Sabirabadda əsasını qoyduğumuz “Muğan” Ağır Atletika klubu barədə məlumat verdim. Razılaşdıq ki, bu ilin sentyabrında Halil abi Sabirabada gələcək, ağır atletlərlə görüşəcək və öz təcrübəsi ilə sabirabadlı gənclərə dəstək olacaq”.

Qeyd edək ki, ötən ay “Muğan” Ağır Atletika Klubunun açılış mərasimi keçirilib. Mərasimdə Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və digər şəxslər iştirak ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…