33 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyəlı nazir “Rosatom” rəhbəri ilə “Akkuyu” AES-i müzakirə edib

26 İyul 2023

Türkiyənin energetika naziri Alparslan Bayraktar Ankarada Rusiyanın Atom Enerji Təşkilatı “Rosatom”un rəhbəri Aleksey Lixaçev ilə ölkənin ilk “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin icrasını müzakirə edib.

TELEJURNAL  xəbər verir ki, bunu türkiyəli nazir özünün tviter səhifəsində yazıb.

“Biz “Rosatom”un rəhbəri Aleksey Lixaçev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə Türkiyədə yeni nəsil elektrik stansiyasına çevriləcək “Akkuyu” Atom Elektrik Stansiyası layihəsinin hazırkı vəziyyətini qiymətləndirdik”, – nazir bildirib.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…