103 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyəli iqtisadçı: “Zəngəzur yolu ən sərfəli yol olduğu üçün tezliklə açılmalıdır”

14 İyun 2023

“Zəngəzur quru və dəmir yolu iqtisadi cəhətdən ən sərfəli yol olduğu üçün tezliklə açılmalıdır”.

Bu fikirləri “Telejurnal” ın Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana dövlət səfəri çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı çıxışı zamanı “yol mədəniyyətdir, yol yoxdursa, heç nə yoxdur” fikirlərini xatırladıb:

“Əslində, Rəcəb Tayyib Ərdoğan bu çıxışı ilə Ermənistan rəhbərliyinə kəskin bir ismarış ünvanladı ki, bu layihəni ləngitməyin. Ermənistanın nə Azərbaycana, nə Türkiyəyə, nə də digər bölgə ölkələrinə faydası var. Cənab Ərdoğan həm də bütün dünyaya bir mesaj göndərdi – bu yol bir sülh yoludur. Çünki Zəngəzur dəhlizi Çindən İngiltərəyə qədər bir ərazini əhatə edəcək Böyük İpək Yolunun əsas hissələrindən biridir. Avropa ilə Asiyanı birləşdirəcək bu yolun ən qısa zamanda çəkilməsi bütün dünyaya iqtisadi baxımdan da töhfə verəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…