22.10.2024 19:28:19
23 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyəli alim: Azərbaycan parlamentində Şuşa Bəyannaməsinin təsdiqlənməsi Qarabağ zəfərinin nəticəsidir

03 Fevral 2022
Bu günlərdə Azərbaycan parlamentində təsdiqlənən Şuşa Bəyannaməsi Qarabağ Zəfərinin məntiqi nəticəsidir. Türkiyə ilə Azərbaycan arasında minilliklərə dayanan tarixi qardaşlıq Şuşa Bəyannaməsi ilə yeni zirvələrə yüksələrək müttəfiqlik səviyyəsinə çatıb.

“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədr müavini doktor Sinan Demirtürk ifadə edib.
Türkiyənin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini heç zaman qəbul etmədiyini və Qarabağ Zəfərindən sonra Ermənistanla normallaşmanı ölkəmizin xarici siyasətinə uyğun həyata keçirdiyini diqqətə çatdıran alim deyib: “Həm keçmiş Qarabağ məsələsində, həm Qafqazdakı bütün proseslərdə, həm də Türkiyə və Azərbaycanın ortaq maraqlarının təmin edilməsində Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə malik sənəddir”.
Azərbaycan və Türkiyə parlamentlərinin bu Bəyannaməni təsdiqləməsinin müttəfiqliyimizin dünyaya bəyan edilməsi olacağını vurğulayan doktor Sinan Demirtürk əminliklə bildirib ki, bu sənəd, eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı maraq doğuran proseslər çərçivəsində əməkdaşlıq əlaqələrini yeni məcraya yönəldəcək. Qarabağ Zəfəri regionda normal inkişaf tərzini qəbul edən bütün tərəfləri inkişaf və tərəqqi yolunda əməkdaşlığa çağırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top