20 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyədən AzTV əməkdaşlarına hücumla bağlı açıqlama

29 İyun 2023

Azərbaycanın rəsmi dövlət televiziyasının əməkdaşlarının Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalmasını kədərlə öyrəndik. Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən etibar itirdiyini ortaya qoyan, mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.

​Telejurnal xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Fransa hakimiyyət orqanlarından və hüquq-mühafizə orqanlarından hücumun səbəbkarlarını dərhal müəyyən edib məsuliyyətə cəlb etmələrini gözləyirik. Mən də Azərbaycan prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vuraraq, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyimizi dedim.

Hücum zamanı yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”, – Altun bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…