23 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyədə YAP nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalqlar dostluğu təşkilatının toplantısı keçirilib

24 May 2023

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin iştirakı ilə Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib.

TELEJURNAL xəbər verir ki, toplantıda YAP nümayəndə heyətinin üzvləri ilə yanaşı, 5 ildir fəaliyyət göstərən dərnəyin türkiyəli üzvləri iştirak edib.

Tədbir hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Toplantını açıq elan edən təşkilatın sədri Lalə Həsənova iştirakçılara dərnəyin fəaliyyət istiqamətləri barədə məlumat verib.

 

O bildirib ki, əsas hədəf Antalyada yaşayan həmvətənlərimizi bir araya toplayaraq problemləri ilə maraqlanmaq və onlara dəstək göstərməkdir: “Fəaliyyətin qarşılığı olaraq Türkiyənin Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən “Qızıl qaranquş” mükafatına layiq görülüb”.

Ardınca diaspor təşkilatının nəzdində fəaliyyət “Vətən” milli rəqs qrupu çıxış edib. Sonra təşkilatın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Çıxışçılar iki ölkə arasındakı dostluq əlaqələrindən söz açıblar.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar – Ramil Həsən, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…