18 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyədə seçkilərlə bağlı xaricdəki səsvermə I turdakı rəqəmləri ötüb

25 May 2023

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə keçirilən səsvermə prosesi başa çatıb.

 

“Telejurnal” “TRT Haber”ə istinadən xəbər verir ki, səslərin sayı birinci turdakını keçərək 1 milyon 889 min 398-ə çatıb.

 

Belə ki, mayın 20-dən etibarən xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları nümayəndəlik və gömrüklərdə yaradılmış seçki qutularında səs veriblər.

Mayın 14-də keçirilən prezident seçkilərinin birinci turu üçün xaricdə və gömrükdə verilən 1 milyon 839 min 470 səs ikinci turda 18 səs artıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda səsvermə prossesi 13 gün davam etmişdi. Belə ki, mayın 14-də keçirilmiş birinci turla bağlı xaricdə yaşayanlar aprelin 27-dən mayın 9-dək xarici nümayəndəliklərdə, mayın 14-ü saat 17:00-dək isə gömrükdə səs veriblər.

 

Seçkilərin birinci turu üçün 1 milyon 691 min 287-si xarici nümayəndəliklərdə, 148 min 183-ü gömrük qapılarında olmaqla, xarici seçici siyahılarında qeydə alınmış cəmi 1 milyon 839 min 470 seçici səsverməyə qatılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…