74 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyədə seçki kampaniyası başlayıb

18 Mart 2023

 

Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası şənbə günü başlayıb. Mübarizə “sükut günü” elan edilən mayın 13-dək davam edəcək.

 

TELEJURNAL  xəbər verir ki, qəbul edilmiş qərara əsasən, səsvermə mayın 14-də keçiriləcək. Bundan başqa lazım gələrsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçirilə bilər.

“Seçki təqvimi”ni bu həftə Türkiyə Yüksək Seçki Şurasını təsdiqləyib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi martın 19-da başlayacaq və martın 23-də yerli vaxtla saat 17:00-da başa çatacaq. Namizədlərin siyahısı martın 31-də hökumət bülletenində dərc olunacaq. Bundan sonra onlar seçkiqabağı təşviqata başlaya biləcəklər.

Seçkilərdə iştirak edəcək siyasi partiyalar və ya birliklər martın 24-də günün sonuna qədər öz namizədlərinin siyahılarını MSK-ya təqdim etməlidirlər.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin martın 10-da keçirilməsi haqqında fərman imzalayıb. Əvvəlcə onlar iyunun 18-nə təyin edilmişdi.

Ərdoğan hakim “Cumhur İttifaqı”ndan prezidentliyə namizədidir. Onun müxalifətdən əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hesab olunur. Analitiklər Türkiyədə prezident seçkilərinin iki turda keçiriləcəyini istisna etmirlər.

Daha bir neçə siyasətçi seçkilərdə iştirak etmək niyyətini açıqlayıb. 2018-ci ildə prezidentliyə namizəd olmuş keçmiş CHP nümayəndəsi Məhərrəm İncə, keçmiş millət vəkili, ATA siyasi alyansının lideri Sinan Oğan, Türkiyə seçki blokunun rəhbəri, keçmiş prezident Turqut Özalın oğlu Əhməd Özal və bir neçə başqasının seçki yarışına qoşulacağı gözlənilir. Lakin sosioloqlar onların seçkilərdə şanslarının minimal olacağını söyləyirlər.

Qeyd edək ki, seçkilərin birinci turunda qalib gəlmək üçün prezidentliyə namizədin 50%-dən çox səs toplamalıdır. Əks halda, birinci turda ən çox dəstək alan iki namizədin iştirak edəcəyi ikinci tur təyin olunur. İkinci turda səs çoxluğunu toplayan namizəd beş il müddətinə Türkiyə prezidenti seçilir. Parlament seçkilərində 5%-dən çox səs toplayan partiya və ya partiya ittifaqı prezidentliyə namizəd irəli sürə bilər. Müstəqil namizədlər dəstək üçün 100 min imza toplamalıdırlar.

Bundan əvvəlki prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib. Ərdoğan 52,6% səs toplayaraq rəqiblərinə qalib gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…