35 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyədə havanın temperaturunun kəskin yüksələcəyi proqnozlaşdırılır.

19 İyul 2022

Son günlər Avropa ölkələrində müşahidə edilən isti hava şəraitinin ardından Türkiyədə də havanın temperaturunun kəskin yüksələcəyi bildirilir. xüsusilə Antalyada havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, bununla bağlı Antalya valiliyindən əhaliyə xəbərdarlıq edilib.

Valilikdən verilən açıqlamaya görə, iyulun 19-dan 25-dək Antalyada havanın temperaturunun sahilyanı ərazilərdə 38 ilə 44 dərəcə, daxili bölgələrdə isə 32 ilə 36 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Hidrometeoroloqlar həmçinin bölgədə rütubət nisbətinin 10-30 faiz arasında, şimal və şimal-şərq istiqamətlərində isə güclü küləyin olacağını bildirirlər.

Hava proqnozu ilə əlaqədar olaraq, əhaliyə diqqətli və tədbirli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…