75 baxış
Bu yazını paylaşın
İqtisadi

Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb

23 Yanvar 2021

 

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfəri tarixi hadisə olaraq Türkiyədə buraxılan gümüş xatirə sikkəsində öz əksini tapıb.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin Darphanə və Damğa Mətbəəsi tərəfindən buraxılan gümüş sikkənin üzərində “Qarabağ Azərbaycandır!” şüarı, ölkəmizin xəritəsi, dövlət gerbimiz, Şuşa qalası və məscid şəkili həkk olunub. Sikkənin digər üzündə isə qələbəmizin rəmzinə çevrilən Xarı-Bülbül rəsmi əksini tapıb.
Xatirə sikkəsi 50 manat nominal dəyərindədir və hazırda Türkiyədəki satış qiyməti 275 türk lirəsidir.
Qeyd edək ki, qardaş Türkiyədə Azərbaycanla bağlı tarixi hadisələrə dair xatirə sikkələrinin buraxılması davamlı xarakter alıb. Bundan əvvəl 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ötən il isə Nəsiminin 650 illiyi ilə bağlı sikkələr buraxılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…