105 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub

16 Mart 2023

 

Türkiyənin Bolu bölgəsində saat 13:55-də 4,8 bal gücündə zəlzələ baş verib.

 

TELEJURNAL  xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) verilən məlumata görə, zəlzələ yerin 8 km dərinliyində baş verib.

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunin açıqlamasında zəlzələnin maqnitudasının 4,7, dərinliyinin isə 9,6 km olduğu bildirilib.

Zəlzələ Düzce, Sakarya, Kocaeli və İstanbulda da hiss olunub. 4,8 bal gücündə zəlzələdən sonra ən böyüyü 3,3 bal gücündə olan bir neçə afterşoklar baş verib.

AFAD sədri Yunus Sezer: “Bolu əyalətimizdə baş verən 4,8 bal gücündə zəlzələdən sonra indiyə kimi heç bir neqativ hal qeydə alınmayıb. Ərazidə araşdırmalar davam edir”, – deyə bildirib

İstanbul valisi Əli Yerlikaya da açıqlamasında: “Bolu mərkəzli AFAD məlumatlarına görə, saat 13.55-də 4.8 bal gücündə #zəlzələ baş verib. Zəlzələ ilə əlaqədar İstanbulda heç bir neqativ hal qeydə alınmayıb. Allah ölkəmizi və millətimizi bütün fəlakətlərdən qorusun”, – deyib.

Bolu Bələdiyyə Başçısı Tanju Özcan: “İndiyə qədər vilayətdə dağıntı və təlafat yoxdu. Camaat küçələrə çıxıb, bu da, yollarda sıxlıq yaradıb. İnsanlar uşaqlarını məktəbdən aparırlar. Psixoloji cəhətdən onlar daha çox açıq şəraitdə, küçədə olmağı üstün tuturlar. Bina çökməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. 1-2 halda eyvandan tullanmaq, panik atak keçirmə hallarıolub. Əhəmiyyətli ziyan qeydə alınmayıb. Bu yerdə 99-cu ildə 7,2 bal gücündə zəlzələ olub. Bina fondumuzun 75%-i yenilənib. Riskli binalarımız da var, amma deyə bilərəm ki, onların dayanıqlıq gücü baş verən zəlzələyə qarşı qat-qat üstündür”, – deyib.

Professor Okan Tüysüz: “Şimali Anadolu bBöyük zəlzələ gözlənilən yer deyil”, – deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…