41 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə-Yunanıstan konflikti. Mövcud olan konflikt getdikcə böyüyür. Yunanıstan tərəfi Türkiyəni müharibəyə təhrik edir. RƏY

15 Sentyabr 2022

Konfliktin səbəbləri və siyasi planlar

Yunanıstan 1830-cu ilə qədər Osmanlının idarəsində idi. Yunanıstanla bərabər Ege və Aralıq dənizi də.
Rus-Osmanlı savaşlarında Osmanlının zəif düşməsi Yunanıstanın bağımsızlığına yol açdı. Balkan (1912-1913) müharibələrində Osmanlının əlindəki adalar-12 ada İtaliyaya keçir (Uşi müqaviləsi ilə). 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevr anlaşmasını ləğv edir və Türkiyənin sərhədlərinin tanınmasına yol açır. Lakin adalar məsələsi öz həllini tapmır. 1947-ci il Paris müqaviləsi ilə 12 ada da (əslində 14) Yunanıstana verilir. Yunanıstan Lozannada verilən 9 ada və Parisdə verilən 14 adanı silahlandıra bilməzdi. Lakin Yunanıstan buna məhəl qoymur. Lozzana müqaviləsi ilə iki tərəfin quru sularını 3 dəniz mili(4.8 km) olaraq müəyyənləşdirdi. Lakin Yunanıstan 1936, Türkiyə 1964-cü ildə bunun 6 milə(9.6 km) çıxardılması barədə qərar qəbul etdi. 1982-ci ildə BMT-nin dəniz hüquqları konvensiyasına görə ölkələr quru sularını 12 dəniz milinə(19.2 km) çıxara bilər. Türkiyə bunu qəbul etmədi. Yunan parlamenti 1995-ci ildə hökumətə sərhədlərin 12 milə qədər çıxması barədə səlahiyyət verdi. Düşünün ki, əgər Yunanıstanın bu dediyi olsa idi, İzmirdən İstanbula getmək istəyən gəmi yunanlardan icazə almalı idi.Türkiyə buna göz yummayaraq “kazuz beli-müharibə elan etmək üçün formal səbəb” elan etdi və nəticədə Yunanıstan istədiyin əldə edə bilmədi.
Ege dənizində 3 mindən çox ada var. Bunların 266-sı Türkiyəyə məxsusdur. Yunanıstana verilən adalar Tükiyədən 23 km, Yunanıstandan isə 600 km məsafədə yerləşir.

Adaların önəmi. Türkiyəyə yaxın olan 23 ada Yunanıstana verilib. Bunların 16-nı Yunanıstan uzun müddətdir ki, silahlandırır. Bu adalardan ola biləcək müharibədə sədd kimi istifadə etməyi planlaşdırır. Yunanıstan silahlandırdığı bu adalardan Türkiyənin Antalya, Balıqəsir, Muğla, Çanaqqala, İzmir, Aydın hətta İstanbul və sahilyanı digər əraziləri vurma imkanına malikdir. Türkiyə tərəfi bunun fərqindədir. Adalardan ola biləcək raket zərbələrinə qarşı S-400-lər çox kömək etmə qabiliyyətinə malikdir. Yunanıstan Krit adası vasitəsilə CKRİ (Cənubi Kipr Rum İdarəsi) hər cür dəstək verə bilir. Yəni bu adaların strateji mövqeyi çox önəmlidir.

Quru suları-ölkələrin tam dəniz hakimiyyətinə sahib olduğu dəniz sahəsidir. Hava sahəsi də buna bərabərdir. Beynəlxalq hüquqda 12 mildən çox ola bilməz.
Kontinental şelf-dövlətin quru parçasının dənizin altında davam edən uzantısıdır. Genişliyi 200 mildən çox ola bilməz (istisna vəziyyətlərdə, əl verişli şəraitdə 350 mil də ola bilər). Bu anlayış ilk dəfə 1945-ci ildə sabiq Amerika prezidenti Trumenin bildirişi ilə peyda olmuşdur. Bu bildirişlə ABŞ kontinental şelf daxilində mövcud olan dəniz altındakı və üstündəki bütün qaynaqların özünə aid olduğinu bəyan etmişdir. Yəni göründüyü kimi, bugünkü beynəlxalq hüquq dediyimiz Amerikanın öz maraqlarını həyata keçirmək üçün istifadə etdiyi məfhumdur.
Özəl iqtisadi zona – kontinetal şelf ilə eyni formata malikdir. Fərqi odur ki, hansısa bir dövlət bunu elan edərkən BMT-yə elan etməlidir.
Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına uyğun olaraq dövlətin su və külək enerjisi də daxil olmaqla dəniz ehtiyatlarının kəşfiyyatı və istismarı üçün müstəsna hüquqlara malik olduğu dəniz bölgəsidir.

Beynəlxalq mövqe

Türkiyə ilə Yunanıstan münasibətləri son zamanlar müharibə səviyyəsinə çatıb. Yunanıstan, İsrail və Misir üçlüyü Türkiyənin yer almadığı anlaşmalar imzaladılar. Onlar Aralıq dənizini istədikləri kimi istifadə edə biləcəklərini zənn etmişdilər.
Yunanıstan və Cənubi Kipr Türkiyənin Aralıq dənizində olmasını istəmir. Türkiyəni sahilyanı kiçik bir əraziyə sıxışdırmaq niyyətləri var idi.
Bu planları Liviyanın Milli Razılıq Hökuməti ilə imzalanan dəniz sahəsinin razılığı ilə alt-üst oldu. Türkiyə MRH-nin ayaq üstə qalmasına çalışır. İmzaladığı dəniz müqaviləsi ilə Aralıq dənizində mühüm yer tutdu. Həm Misirin, həm də İsrailin planları ifşa olundu. Buna əks çıxan qüvvələr isə Liviyada xəlifə Hafteri dəstəkləyir.

2019-cu il tarixində Liviyanın Baş Nazir Fayez əs-Sarrac və Rəcəb Tayyib Ərdoğanın görüşlərindən sonra Liviya ilə “Aralıq dənizində dəniz yurisdiksiyasının məhdudlaşdırılması” və “Təhlükəsizlik və hərbi əməkdaşlıq” mövzusunda anlaşma memorandumları imzalanıb.
Bərabərlik prinsipi və beynəlxalq hüquq qaydalarına uyğun olaraq imzalanan və 2020-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatı tərəfindən də təsdiq alınan saziş Şərqi Aralıq dənizində iki ölkənin hüquq və mənafelərini qorumaqda mühüm rol oynayır.
Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətindən sonra dəniz yurisdiksiyası ərazilərinin delimitasiyası ilə bağlı Liviya ilə ikinci müqaviləni imzalanması Şərqi Aralıq dənizində yürütdüyü siyasətlər baxımından mühüm nailiyyət və Türkiyə üçün böyük bir zəfər kimi qiymətləndirilir.
Digər tərəfdən, razılaşma özünü adanın yeganə sahibi kimi göstərən və bərabərlik prinsipinə zidd olaraq 2003-cü ildən bəri dəniz yurisdiksiyasını məhdudlaşdıran Rum Administrasiyasının atdığı birtərəfli addımlara sərt cavab oldu.

Konfliktin həll yolları

Türkiyə uzun illərdir bölgədə beynəlxalq hüquqdan irəli gələn haqları uğrunda mübarizə apararkən, 2000-ci illərin əvvəllərində karbohidrogen ehtiyatlarının aşkarlanması və Şərqi Aralıq dənizi ölkələrinin addımlar atması ilə məhdudlaşdırma məsələsi gündəmə gəlməyə başladı.
CKRİ Kipr türklərinin bərabər hüquqlarına məhəl qoymayaraq 2003-cü ildə Misir, 2007-ci ildə Livan və 2010-cu ildə İsraillə dəniz sərhədi müqavilələri bağladı.
Türkiyə və KKTC qitə şelfinin hüquqlarının pozulması başda olmaqla bir çox səbəbdən bu razılaşmalara şiddətlə etiraz etmiş və bölgə ölkələrinə bu razılaşmaları etməmələri barədə xəbərdarlıq etmişdi.
Misir, Yunanıstan, Rum rəhbərliyi və İsrail tərəfindən Qahirədə qurulan “Şərqi Aralıq dənizi Qaz Forumu” ilə Türkiyə, Liviya və Livan kimi aktorlar ortadan qaldırılmağa çalışıldı. Lakin bu plan puç oldu.
Kipr Rum Administrasiyası region ölkələri ilə keçirdiyi görüşlərdə Kipr adasını “materik” olaraq qəbul edərək, “bərabər məsafə prinsipinə” əsasən delimitasiya sazişləri bağladı, lakin bərabər məsafə prinsipi kontinental şelf və özəl iqtisadi zonanın sərhədləşməsində bir qayda olaraq qeyd olunmur.
Beynəlxalq hüququn əsas qaydası olan “bərabər paylaşım” prinsipinə əsasən, adalara materiklə müqayisədə daha az kontinental şelf öz sahəsi verilə bilər. Bu nöqtədə adaların böyüklüyü, cəbhələrinin uzunluğu, yerləşdikləri yerlər və materikdən nə qədər uzaq olduqları kimi bir çox faktor nəzərə alınır.

Türkiyə ilə Liviya arasındakı dəniz anlaşması İsrailin keçidini məhudlaşdırmış olur. Həmçinin Misiri də çətin vəziyyət qarşısında qoyur. İsrailin NATO-ya daxil ola bilməməsinin əsas səbəbi Türkiyədir. NATO nizamnaməsinə görə yeni üzv qəbul edilərsə, mövcud üzvlər veto etməyəcək. İsveç və Finlandiya da üzv olmaq istəyəndə Türkiyə veto qoymuşdu. Yəni açıq desək Türkiyənin NATO-da varlığı üzv dövlətlər üçün narahatlıq doğurur. Çalışırlar ki, Türkiyəni bir oyuna gətirərək üzvlükdən çıxartsınlar. Bu oyun, bəlkə də, Yunanıstan vasitəsilə oynanılır. NATO-nun 5-ci maddəsini (üzvü müdafiə etmək) tətbiqetmə planları da ola bilər. Həmçinin Türkiyənin siyasi arenada genişlənmə politikası da bəzilərinin damarına basır.
Amerika, İsrail, AB hətta əhalinin böyük hissəsi ortadokslardan ibarət olduğu üçün Rusiya da Yunanıstanın safındadır. Ən çox hərbi yardımı Amerika göstərir. Yunanıstan bu yardımları bir gün Türkiyə əleyhinə istifadə etsə, Amerika pulu ilə satdığını iddia edəcək. Yunanıstanda Amerika bayrağını çıxardıb özününkünü taxacaq ki, beynəlxalq təzyiq olmasın.
Türkiyənin son zamanlar İsraillə, S.Ərəbistanı, BƏƏ ilə münasibətləri nizamlaması, xüsusilə də, İsraillə Yunanıstanın beyninin içinə qurd saldı. Rusiya Amerika tərəfində olmadığı üçün Türkiyənin damarına basmaq istəmir. Yəni çıxıb demir ki, Yunanıstanı haqlı sayırıq. Aralıq dənizinin gəlirlərini, qaynaqlarını Türkiyəsiz bölüşdürmək istəyirlər. Yunanıstan Şimali Kipr Respublikasının ləğv edilib cənuba verilərək orada bir yunan dövləti yaratmaq istəyir. Ümumiyyətlə, ermənilər kimi yunanlar da “Böyük Yunanıstan” xülyası içərisindədirlər.
Gərginliyin müharibə ilə əvəzlənməsi çox ciddi məsələdir. Yunanıstanın arxasında çox güclü qüvvələr var. Lakin Türkiyə Yunanıstanın bu qanunsuz hərəkətlərinə göz yuma bilməz. Müharibənin ola bilmə ehtimalını istisna etmək düzgün deyil. Əgər AK partiya prezident seçkilərinə kimi Yunanıstan üzərində üstünlük əldə edə bilsə, seçimlərdə bir xeyli addım öndə olacaq! Amma Türkiyə -Yunanıstan konflikti diplomatik yollarla həll edilməyə çalışılanlar içərisində ən çətinlərindəndir!

Konfliktoloq Elman Vəliyev

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…