78 baxış
Bu yazını paylaşın
İdman

Türkiyə yenidən avrokubokların final oyununa ev sahibliyi edə bilər

18 İyul 2023

Türkiyə 2026 və ya 2027-ci ildə keçiriləcək avrokubokların final oyununa ev sahibliyi edə bilər.

Telejurnal  UEFA-nın tviter səhifəsinə istinadən xəbər verir ki, yerli futbol federasiyası bununla bağlı quruma rəsmi müraciət edib.

Türkiyə həmin illərdə Avropa Liqası və ya Konfrans Liqasının final matçının qəbulunda maraqlıdır.

Həmçinin, 2026 və 2027-ci illərdəki qitəmiqyaslı turnirlərin həlledici görüşlərinə digər iddiaçı ölkələr də açıqlanıb.

Çempionlar Liqası: Macarıstan, İtaliya;

Avropa Liqası: Almaniya, Rumıniya, Şotlandiya, Türkiyə;

Konfrans Liqası: Almaniya, İsrail, Norveç, Şotlandiya, İsveçrə, Türkiyə;

Qadınlar aradında Çempionlar Liqası: Almaniya, Norveç, Şotlandiya.

Qeyd edək ki, 2022/2023 mövsümündə Çempionlar Liqasının “Mançester Siti” (İngiltərə) ilə “İnter” (İtaliya) arasında keçirilən final görüşü İstanbulda baş tutub. “Mançester Siti” Atatürk Olimpiya Stadionundakı matçda rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…