30 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə XİN: “Danimarka İslama qarşı çirkin əməllərin qarşısını almalıdır”

25 İyul 2023

Danimarka hakimiyyəti İslam dininə qarşı nifrət alovlandıran çirkin əməllərin qarşısını almalıdır.

TELEJURNAL   xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quran yandırılmasına etiraz bəyanatında yer alıb.

“Bu gün Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, – Türkiyə XİN vurğulayıb.

Qeyd edək ki, İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.

Xatırladaq ki, qrup üzvləri iyulun 21-də də İraqın Kopenhagendəki səfirliyi yaxınlığında analoji hal törədərək, aksiyanı canlı yayımlamışdılar. Bundan əvvəl, iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında Quran nümayişkənarə şəkildə yandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…