184 baxış
Bu yazını paylaşın
Siyasi

İranlı nazirdən Türkiyə və Ermənistanla bağlı etiraf

06 Oktyabr 2020

Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərkən, İran Ermənistanın yanında olan ölkələrdən biridir.

Hizbullah təşkilatının ilk baş katibi Şeyx Sübhi Tufeyli, İran nazirinin etiraflarını açıqladı.

“SİZİN ZALIM DÜŞMƏNLƏ BƏRABƏR OLMAĞINIZI BAŞA DÜŞMÜRƏM”

Tufeyli, “Mən o günlərdə Tehranda idim. İran mediasının və xalqının erməniləri necə dəstəklədiyini gördüm. Dövlətin və medianın ermənilərin yanında olduğunu gördüm. Təəccübləndim, çünki onların ermənilərə düşmən kimi baxmalarını gözləyirdim. Sən deyirsən ki, biz İslam dövlətiyik. Sənin yerin məzlumların yanındadır. Mən başa düşmürəm.

Deyirsən ki, Azərbaycan əsrlər boyu İranın parçası olub, azərbaycanlılar (azərilər) İran xalqının bir parçasıdır və həqiqi azərilər İranda yaşayırlar. Elə isə duracağınız tərəf sizin bir parçanız olan məzlum azərilərin yanıdır. Onlar axı məzlum şiə müsəlmanlardır. Artıq başa düşməkdə çətinlik çəkirəm. Allah deyir; “Yaxşılıq və təqva üzərində köməkləşin.” Bu necə köməkdir?

“TÜRKİYƏNİN ÖNÜNDƏ BUFER OLMASI ÜÇÜN ERMƏNİLƏRLƏ BƏRABƏRİK.”

İran XİN-ə “mənə Bakı məsələsini başa sal” dedim. Söhbəti uzatmasam, sözünün canı bu oldu: “Ermənistan Türkiyə sərhəddindədir. Biz isə Türkiyənin digər türk dövlətləri ilə əlaqəsini əngəlləmək istəyirik. Türkmənistan, Özbəkistan, Azərbaycan kimi… Türkiyənin önündə bufer olması üçün ermənilərlə bərabərik.” Öz-özümə “kaş ki, buna heç sual verməsəydim” dedim.

İki müsəlman ölkəsi olan İran və Türkiyə birlikdə əl-ələ verib irəliləmək əvəzinə, siz gedib müsəlman olmayan ölkələrə dəstək verirsiniz.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…