52 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı oldu

01 Oktyabr 2020

Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub.

Bu barədə “telejurnal”ya Ədliyyə Nazirliyindən bildirilib.

Danışıq zamanı A.Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulayıb.

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Türkiyə dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının qətiyyətli qardaşlıq mövqeyini vurğulayaraq, Azərbaycanı birmənalı dəstəklədiyinə görə türkiyəli həmkarına dərin təşəkkürünü bildirib, bu dəstəyin “bir millət, iki dövlət” kəlamının yalnız sözdə deyil, real əməllərlə həyata keçirilməsinin əyani təzahürü olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və xalqımız üçün həqiqət anı olan bu günlərdə Türkiyə, hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Söhbət zamanı həmçinin, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…