32 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə şirkətləri Qarabağa investisiyalarını artıra bilər

01 Avqust 2023

Azərbaycanla Türkiyə arasında işğaldan azad olunmuş ərazilərimizə Türkiyə şirkətlərinin investisiya yatırımının artırılması müzakirə olunub.

Bu barədə   İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında dəyirmi masa formatında görüş keçirilib.

Görüşdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti 23 şirkət ilə təmsil olunub. Azərbaycan tərəfindən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərliyi ilə AZPROMO, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, “AzerGold” QSC və ölkəmizin Türkiyədəki ticarət nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin investisiya perspektivləri, Türkiyə şirkətləri tərəfindən bu ərazilərə investisiya qoyuluşlarının artırılması müzakirə olunub. Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialının səmərəli reallaşdırılması üçün yaradılan əlverişli investisiya mühiti, o cümlədən davam edən yenidənqurma və infrastruktur layihələri haqqında Türkiyə nümayəndə həyətinə məlumat verilib.

A.Attar Türkiyə və Azərbaycan arasında çoxtərəfli iqtisadi-ticarət əməkdaşlığını qeyd edərək, sahibkarların iştirakı ilə müxtəlif formatlarda keçirilən görüşlərin bu əlaqələrin genişləndirilməsinə töhfə verdiyini bildirib.

S.Bəşirli diqqətə çatdırıb ki, Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə aktiv iştirak etməsi məmnunluq doğurur və hazırkı tendensiya uğurlu investisiya tərəfdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradıb. Bu müstəvidə aparılan işləri yüksək qiymətləndirən nazir müavini hər iki ölkənin müvafiq dövlət və özəl qurumlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Görüşdə investisiya əməkdaşlığı çərçivəsində reallaşdırıla biləcək imkanlara dair fikir mübadiləsi aparılıb, şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…