26 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə SDİ-nin rəhbəri: “Yeni yüz ildə Türkiyənin Azərbaycanla əlaqələri daha üstün səviyyədə olacaq”

13 İyun 2023

“Yeni yüz ildə Türkiyənin Azərbaycanla əlaqələri bu gün çatdığı səviyyədən daha üstün olacaq”.

Bunu  açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.

O qeyd edib ki, Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi Azərbaycanın həm ölkə, həm də Qafqaz regionu üçün əhəmiyyətini bilən şəxslərdir:

“Ərdoğanın Azərbaycana olan hörməti, sevgisi, İlham Əliyevlə qardaşlığı hamımıza məlumdur. Təkcə bu fakt iki ölkəni “Əkiz qardaş” və bir millət etmək üçün kifayətdir. Azərbaycan son nailiyyətləri ilə həm öz regionunda, həm də bütün dünyada seçilir. Azərbaycan və Türkiyə münasibətlərinin yaratdığı assosiasiya isə ölkələrimizin gücünü qat-qat artırır və türk dünyasını birləşdirir. Türk Dövlətləri Təşkilatı getdikcə daha çox institusionallaşır. Azərbaycanın da bu təşkilatdakı mövqeyi çox önəmlidir. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq çox şaxəli və strateji xarakter daşıyır. Ərdoğanın ilk xarici səfərini etdiyi ölkənin Azərbaycanın olması bunu ən yüksək səviyyədə təsdiqləyən və Türkiyənin Azərbaycana verdiyi önəmi göstərən gözəl nümunədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…