232 baxış
Bu yazını paylaşın
İctimai

Türkiyə-Rusiya münasibətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda

09 Dekabr 2020

Yaqub Yaqubov
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin direktoru

Son 44 günlük Vətən Müharibəsində qələbə qazanmağımız bizim üçün hərbi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Lakin bu qələbə hərbi idarəçiliklə yanaşı həm də düzgün siyasi fəaliyyətin nəticəsidir. Sanki Azərbaycan xarici siyasəti özü üçün aşağıdakı qaydanı əsas tutdu. Münaqişəyə bu və ya digər şəkildə təsir edə biləcək aparıcı ölkələrlə işləmək. Münaqişəyə təsir gücünə görə isə indiki reallıqlarda Türkiyə və Rusiyanı qeyd etmək lazımdır. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə klassik diplomatiya qaydaları əsasında baxmaq düzgün olmazdı. Demək olar ki, Azərbaycan ilə Türkiyə münasibətlərinin xarakter və forma baxımından beynəlxalq münasibətlər sistemində analoqu yoxdur. Azərbaycan və Türkiyə qardaş və müttəfiq ölkələrdir. Bu qardaşlığın ciddi şəkildə arxa planı vardır. Azərbaycan və Türkiyə son illər xüsusi ilə bölgədə və dünyada fəaliyyətlərini əlaqələndirirlər. Türkiyə Azərbaycanla hərbi-texniki əməkdaşlıq edir və Qarabağ məsələsində Azərbaycanı tam olaraq dəstəkləyir. Azərbaycan da öz növbəsində Türkiyənin ən böyük investisiya yatırıcısıdır. Türkiyənin xarici siyasət addımları Azərbaycan tərəfindən dəstək görür. Xüsusi ilə son Aralıq Dənizi olaylarında Azərbaycan Türkiyəni açıq bir şəkildə dəstəklədi. Türkiyə Azərbaycan üçün islam dünyasına, Azərbaycan isə Türkiyə üçün türk dünyasına bir qapıdır.

Rusiyaya gəldikdə. Rusiya ilə Azərbaycan arasında normal qonşuluq əlaqələri vardır. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Bu ölkə dünyanın aparıcı nüvə dövlətlərindən biridir. Ancaq onu da xüsusi ilə qeyd etmək lazımdır ki, Rusiyada erməniləri dəstəkləyən qurumlar və siyasi nüfuza malik olan şəxslər çoxdur. Xüsusi ilə 44 günlük Vətən Müharibəsində Rusiya mediyasında ciddi şəkildə anti-Azərbaycan fəaliyyəti aparılırdı. Rusiya xarici işlər nazirinin milli kökləri də işlərin gedişinə təsir edir. Bununla belə, Azərbaycan və Türkiyənin birgə siyasi fəaliyyəti və Vladimir Putinin məsələlərə praqmatik baxması nəticəsində bu ölkənin vasitəçiliyi ilə Ermənistan kapitulyasiya sənədini imzaladı. Rusiya sülhməramlıları isə bölgəyə yeridildi.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsi mövcud geosiyasi konyukturun zəruri nəticəsi idi. Ancaq onların bura gəlməsi heç də Rusiya istənilən şəkildə burada hərəkət edə bilər anlamına gəlməz. Çünki Rusiyanın hər hansı isə bir neqativ hərəkatını zərərsizləşdirən amil Türkiyə vardır. Türkiyə hazırda Rusiya ilə bütün problemli tərəflərinə baxmayaraq əsas tərəfdaşdır. Ruslar bu gün türklərə daha çox ehtiyac duyurlar. Çünki Rusiyanı hələ qarşıda ABŞ-ın yeni prezidenti Baydenlə problemlər gözləyir. Ölkə iqtisadiyyatı sanksiyalar altındadır. Ona görə Türkiyə bunu çox gözəl başa düşür. Azərbaycan da Rusiyanın bu durumunu görür. Türkiyə Azərbaycanın qardaşı, Rusiyanın isə tərəfdaşıdır. Azərbaycanın maraqlarına uyğun olan odur ki, Türkiyənin Cənubi Qafqazda mövcudluğu güclənsin. Rusiya isə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın maraqlarını nəzərə almaq zorundadır. Çünki hazırda Ermənistanda olan hakimiyyət rusları sevmir desək məsələni kiçiltmərik.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…