21 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə Prezidenti: “Fransadakı hadisələrin müsəlmanlara qarşı yeni təzyiqə səbəb olacağından narahatıq”

03 İyul 2023

“Fransadakı hadisələrin mühacirlərə və müsəlmanlara qarşı yeni təzyiq, təhdid dalğasına səbəb olacağından narahatıq”.

Telejurnal xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada baş verən hadisələrə münasibət bildirərkən deyib.

“Şiddət zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Ümid edirik ki, Fransadakı son hadisələr daha çox qan tökülmədən və zorakılıq səviyyəsi artmadan ən qısa zamanda başa çatacaq”, – Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşı yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsinin görüntüləri ölkədə kütləvi narazılığa səbəb olub. Etirazlar və toqquşmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…