33 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə Prezidenti: Ermənistanın bölgədə yaranmış sülh fürsətini dəyərləndirərək Azərbaycanla faydalı əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir

13 Yanvar 2022

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni dövrə keçmişik.

“TELEJURNAL” AZƏRTAC -a istindən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Avropa İttifaqı (Aİ) ölkələrinin Türkiyədə akkreditasiya olunmuş səfirlərinin toplantısındakı çıxışında deyib.

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün proseslərə başladığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədə yaranmış sülh fürsətini yaxşı dəyərləndirərək Azərbaycanla faydalı əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir”.

Çıxışında Türkiyə-Avropa İttifaqı münasibətlərinə də geniş yer ayıran Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici siyasətinin ayrı-ayrı istiqamətlərinə toxunub, qonşu dövlətlərlə münasibətlərindən danışıb və dünyadakı ikili standartların davam etməsindən təəssüfünü bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…