28 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə Prezidenti: “Beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”

17 Mart 2023

“Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”.

TELEJURNAL  xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Dünən və bu gün Özbəkistan Prezidenti, Azərbaycan Prezidenti, Qırğızıstan Prezidenti, Qazaxıstan Prezidenti, Türkmənistan Xalq Məsləhətinin sədri, Macarıstanın Baş naziri ilə ikitərəfli görüşlər keçirdim. Liderlər kimi imzaladığımız sammit bəyanatı ilə biz müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək iradəmizi açıq şəkildə nümayiş etdirdik.

Dünya siyasətində önə çıxan ölkələr və birliklər səhiyyədən maliyyəyə, təhlükəsizlikdən ksenofobiyaya, qeyri-qanuni miqrasiyadan siyasi və sosial qeyri-sabitliyə qədər bir çox problemlə mübarizə aparır. Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…